1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:28.10.2020 11:06:08

Emmanüel Makronun İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-ə qarşı təhqiramiz addımını lənətləyirik!

İslamazeri.com xəbər verir ki, bu haqda Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin sədri və şeyxi Seyid Mirtağı Əsədov tərəfindən yayımlanan bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Fransa prezidenti Emmanüel Makronun Fransada İslam peyğəmbəri Həz. Məhəmməd (s) haqqında dərc edilən təhqiramiz karikaturaları söz azadlığı ünvanı altında həmin bəhanə ilə müdafiə etməsi, müqəddəs dəyərlərə sadiq heç bir vicdanlını narahat etməyə bilmədi.
görünür ki, O, söz azadlığı ilə İlahi varlıqlara qarşı təhqir azadlığını dəyişik salıb.

Cənab Makronun iki milyarda yaxın insanın yer üzündə ən müqəddəs şəxsiyyətinə qarşı atılan alçaldıcı addımı dəstkləyərək bu qədər insanın mənəvi duyğularını yaralaması, ən azından siyasi məsuliyyətsizlik və ləyaqətsizlikdir. 
Biz Gürcüstan Müsəlmanları onun bu addımını kəskin şəkildə qınayarıq və lənətləyirik."

Gürcüstan ruhaniləri adından yayılan bəyanatda isə deyilir: “Fransa prezidenti Emmanuel Makronun Hz. Məhəmməd (s) peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Bu addım və Hz. Peyğəmbərə qarşı hörmətsizliyi leqallaşdırıb bəraət qazandırmaq bütün müsəlman ölkələri kimi Gürcüstanda yaşayan müsəlmanların da narahatçılığına səbəb olub.

Gürcüstanın ruhaniləri hesab edir ki, belə İslam düşmənliyindən xəbər verən məsuliyyətsiz rəftar dinlərarası münasibətlərin, tolerantlığın sarsılmasına və İslamafobiyanın yayılmasına səbəb olacaqdır.
Radikal dinçiləri bəhanə edərək milyonlarla müsəlmanın müqəddəs şəxsiyyətinin, sevgili Peyğəmbərinin təhqirinə izn vermək bütün İslam ümmətini hörmətsizlik deməkdir.
Onun “İslam bu gün dünyanın hər yerində böhran yaşayan bir dindir” deməsini də əsassız bir ittiham hesab edir, qətiyyətlə pisləyirik.”

Gürcüstanda yaşayan müsəlmanlar Makronun İslama qarşı addımlarını qınadılar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ