1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.07.2020 12:48:01

Gürcüstanda 244 956 insan dövlətdən təzminat alıb.

İslamazeri.com “Sputnik Geogia”-ya istinadən xəbər verir ki, Gürcüstanda 244 956 insan dövlətdən təzminat alıb.

7 iyula olan məlumatlara əsasən, Gürcüstan Səhiyyə Nazirliyinin saytında kompensasiya almaq istəyən 188 363 özüməşğul insan qeydiyyatdan keçib. Onlardan 115 719 nəfəri 300 larilik təzminat alıb. Ümumilikdə 34,7 milyon lari köçürülüb.

Pandemiyadan əziyyət çəkən işlə təmin olunmuş insanlara gəlincə, 200 larilik yardımı 129 237 nəfər almağa başlayıb. Bu insanlara köçürülmüş məbləğ 25,8 milyon lari təşkil edir.

6 904 bazar taciri və 1 727 digər tip tacir 300 lari məbləğində birdəfəlik yardım alıb.

13 192 sürücü 300 lari təzminat alıb, həmçinin 9 632 taksi sürücüsü də 300 lari yardım alıb.

Portalın fəaliyyət növləri siyahısına dayələr, repetitorlar, restoranlar və mehmanxanaların xidmətçi personalı, çörəkçilər, gözəllik salonlarının personalı, turoperatorlar, bələdçilər, fəhlələr və digərləri də daxildir.

Compensation.moh.gov.ge saytı özüməşğul şəxslərin ərizələrinin qəbul və emalını davam etdirir. Həmçinin xarincdə mövsümi işlərdə işləyənlərin də qeydiyyat prosesi başlayıb.

İşi mütəmadi şəkildə sərhədi keçməklə bağlı olan şəxslərə də təzminat düşür. Əgər belə bir şəxs 2019-cu ildə sərhədi 60 dəfədən artıq keçibsə, təzminat ala bilər. (az.shafaqna.com)

* 1 LARİ - 0.55 AZN


Gürcüstanda 245 min vətəndaş təzminat aldı - MİQDAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan hökuməti qaz və işıq pulu üçün vətəndaşlara 4 aylıq güzəşt edəcək
    Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.
     06.08.2020
    Türkiyə vətəndaşları üçün Azərbaycan viza tələb etməyəcək, 3 ay qala bilərlər
    Azərbayan Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarının diqqətinə məlumat yayıb.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ