1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.07.2020 16:33:14

Hökumət hesab edir ki, bu, hazırda düşüş yaşayan mehmanxana sahəsinə kömək edəcək.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstandakı iqtisadi fəaliyyətə yardım məqsədi ilə bütün ölkələrdən olan işgüzar səfərlər maneəsiz və sərbəst şəkildə həyata keçiriləcək.

Məsələ ilə bağlı danışan hökumətin vitse-spikeri İrakli Çikovani bildirib ki, ölkəsi tədricən öz sərhədlərini beynəlxalq səyahətçilər üçün açır və artıq məlumdur ki, ilk olaraq ölkəyə biznesmenlər buraxılacaq.

Xarici biznesmenlər Gürcüstana gəldikdə ya 2-həftəlik karantindən, ya da hər 72 saatdan bir COVID-19 testindən keçməlidir. Həm karantin, həm də test ödənişlidir.

Hökumət hesab edir ki, bu, hazırda düşüş yaşayan mehmanxana sahəsinə kömək edəcək.

Qeyd edilir ki, karantin və test qiymətləri münasib olacaq.

Gürcüstanla heç bir şərt olmadan sərhədlərini açan Almaniya, Fransa, Estoniya, Latviya və Litva vətəndaşları üçün ödənişli karantin və ödənişli test şamil edilmir.

Gürcüstana gəlmək istəyən bu Aİ ölkələri vətəndaşları və işgüzar səfər etmək istəyən hər bir kəs öncədən hökumət saytındakı (stopcov.ge) elektron anketləri doldurmalıdırlar.


Gürcüstan istənilən biznesmenin ölkəyə girişinə icazə verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan hökuməti qaz və işıq pulu üçün vətəndaşlara 4 aylıq güzəşt edəcək
    Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.
     06.08.2020
    Türkiyə vətəndaşları üçün Azərbaycan viza tələb etməyəcək, 3 ay qala bilərlər
    Azərbayan Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarının diqqətinə məlumat yayıb.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ