EURO 1,8463 TRY 0,2773
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.01.2020 15:13:37

2020-ci ildə Gürcüstan hökuməti ölkədə fəaliyyət göstərən dini icmalara 4,5 milyon lari (1,5 milyon dollar) vəsait ayırıb.

İslamazeri.com xəbər verir ki, bu vəsait ölkənin cari il üçün dövlət büdcəsində nəzərdə tutulub.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov bildirib ki, məbləğin 3,5 milyon larisi artıq dini icmalar arasında bölüşdürülüb. Ötən il olduğu kimi, bu il də Gürcüstanın müsəlman icmasına 2,2 milyon lari (764 min dollar) ayrılıb.

Onun sözlərinə görə, bu vəsait olduqca azdır. Ölkədə gündəlik tələbat və digər istehlak mallarının qiymətinin artdığı bir vaxtda məscidlərdə fəaliyyət göstərən din xadimlərinin təqribən 350 lari əməkhaqqı alması azdır ümid edirik ki, dövlət yaxın gələcəkdə bu barədə edilən müraciətimizi qiymətləndirəcək.

“Biz hökumətə bununla bağlı fikirlərimizi bildirmişik. GMİ vəsaitin ən azı daha 20 faiz artırılmasını istəyir və bununla bağlı Dini Məsələlər üzrə Dövlət Agentliyinə müraciət edib”, - deyə, R.İgidov vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın dövlət büdcəsindən 2020-ci ildə erməni xristian icmasına ayrılan vəsait 600 min (209 min dollar), Roma katolik icmasına 400 min (139 min dollar), yəhudi icmasına isə 300 min lari (105 min dollar) təşkil edib.

Ayrılan vəsaitin yerdə qalan 1 milyon larisi isə bu ilin sonuna qədər dini icmalara paylanılacaq.

Qeyd edək ki, Gürcüstan əhalisinin təxminən 11 faizini müsəlmanlar təşkil edir.


GMİ-nin Şeyxi Ramin İgidov: Gürcüstanın müsəlman icmasına ayrılan vəsait olduqca azdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəhidimiz dəfn edildi
    Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi ilə vida mərasimi keçirilib
     25.02.2020
    Ərəb şirkəti Bakı-Dubay reysində sərnişinləri erməni filmilə təxribata çəkir
    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir.
     25.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ