EURO 1,915 TRY 0,2483
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.02.2020 12:04:40

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir

"Bu ilin 24 fevral tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub. Qeyd etmək istərdik ki, qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib".

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi” təşəbbüslərinin əsl mahiyyətini açıq şəkildə göstərir: "Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının qurbanlarının anıldığı ərəfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətdində atdığı növbəti mənfur və riyakar cəhdidir.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Allah şəhidimizə rəhmət eləsin".


Ermənistan Ordusunun əsgərimizi şəhid etməsinə XİN-dən açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020
    Bəhram Bağırzadə ayılıb - Xəstəxana
    Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ