1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.02.2020 10:57:07

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.

 Sputnik-ə istinadən xəbər verir ki, Ermənistan koronavirus təhlükəsinə görə İranla quru sərhədini bağlayır, eyni zamanda aviaəlaqəni də kəsir.

Sputnik Ermənistan bildirir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.

Məlumata görə, məhdudiyyət iki həftə davam edəcək.

""Dövlət sərhədi haqda" qanunun epidemiya halında sərhəd əlaqələrinin kəsilməsinə dair 16-cı maddəsinə istinadən, hökumət İranla əlaqələrin iki həftə müddətinə dayandırılmasına dair növbədənkənar şifahi qərar qəbul edəcək", - Paşinyan yazıb.

Fevralın 24-də səhər koronavirusun yayılması ilə mübarizə komissiyasının iclası keçiriləcək. Burada mümkün ssenarilər və bu tədbirdən çıxış edərək növbəti addımlar müzakirə olunacaq. Komissiya yanvarın 31-dən fəaliyyət göstərir.

"İstənilən halda, vurğulamağı borc bilirəm ki, panika üçün heç bir əsas yoxdur. Belə fəaliyyət təhlükəlidir", - nazir yazıb.

İranda koronavirusa yoluxanların sayı 43-ə çatıb, bunlardan 8-i ölüb.

İlk dəfə hökumət ölkədə koronavirus yayıldığı barədə fevralın 19-da məlumat verib. 


Ermənistan İranla sərhədi bağladı - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər dünyasını dəyişdi
    Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.
     07.04.2020
    Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı işdən çıxarıldı - VİDEO
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat verib
     07.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ