EURO 2,0067 NEFT 75,07
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.03.2017 12:37:11

"Atam, həmçinin onu axtaran və axtaramayan, tanıyan və tanımayan hər kəsə salam göndərib".

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib.

Bu barədə azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var.

"Atam və Şahbazla görüş keçirilib. Məktubda atam vəziyyətinin ağır, səhhətində ciddi problemlərin olduğunu yazıb. Məktubda qeyd edib ki, ona 10 gün ərzində 30-dan çox iynə vurublar. Atam Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimlərindən hələ bir xəbər almadığını yazıb. Sonda isə "kəlbəcərlilərin bayramını təbrik edirəm"- deyə qeyd edib. Atam, həmçinin onu axtaran və axtaramayan, tanıyan və tanımayan hər kəsə salam göndərib".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar.

"Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.


Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var: "30-dan çox iynə vurublar"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ