1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:02.06.2019 02:37:26

Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib.

Millət vəkilinin rəsmi bəyanatı Virtualaz.org-un redaksiyasına daxil olub. “Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib”, - bəyanatda deyilir.

Xatırladaq ki, dünən bəzi xəbər saytları Aydın Mirzəzadənin çıxışını yayıb və bildirib ki, həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.

“Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub”, - deputat bildirib.

Aydın Mirzəzadə


Deputat VİDEO-FAKTI təkzib edir: “Mən Paşinyanı öldürməyə çağırmamışam”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ