EURO 2,0024 NEFT 64,66
USD 1,7 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:13.03.2017 16:45:02

Bu günlərdə araşdırmaçı yazar, psixoloq Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü gördü.

Bu roman çox fərqli bir səpkidə yazılmışdır. Kitab oxucunu elə ilk səhifələrindən özünə çəkir. Əsərdə müasir dünyanın bir çox ictimai, psixoloji və fəlsəfi problemlərinə toxunulmuşdur. Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu intiharda görür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz deyildir. Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını tamamilə dəyişəcəkdir. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qapısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Sonda o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyur. Özü də bir deyil, bir neçə amansız seçim… Bu annotasiyanı oxuyan elə biləcəkdir ki, əsərin qəhrəmanı relsler üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əsas hadisələrin başlanması üçün bir müqəddimədir. Ən dəhşətlisi isə budur ki, onlar baş verən bütün müsibətlərin eyni zamanda da ən böyük qurbanlarıdırlar.

Kitabı şəhərimizin bütün kitab mağazalarından əldə edə bilərsiniz. Xatırladaq ki, Rövşən Abdullaoğlunun “Bu Şəhərdə Kimsə yoxdur” romanı 2016-cı ilin ən çox satılan kitabı olmuşdur.


Bestseller kitablar müəllifi Rövşən Abdullaoğludan YENİ psixoloji roman: Relslər üzərinə uzanmış adam

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər
    İŞİD-in üzvü olan 30 min xarici vəndaşdan 6 mini Afrika ölkələrindəndir
     11.12.2017
    Ramil Usubovdan yeni təyinat
    Daxili işlər orqanlarında yeni təyinat olub.
     11.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ