EURO 2,0368 NEFT 55,36
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:09.01.2017 16:11:01

Astanada başlayacaq müzakirələrlə bağlı "Hər şeyi müzakirə etməyə hazırıq" - deyən Əsəd, "Ancaq qarşımızda kim olacaq ?" sualını verib...

Suriya Prezidenti Bəşər Əsəd Fransa deputatlarından ibarət nümayəndə heyətini Dəməşqdə qəbul etdikdən sonra Fransa mediasına bəyanatlar verib.

İslamazeri.az SANA-ya istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd Fransa nümayəndə heyətinin səfərinin Fransanın Suriyaya yönəlmiş mövqeyini dəyişməsinə yardımçı olacağını ümid etdiyini söyləyib.

Dünyada hər şeyin Suriyaya baxaraq hər səviyyədə dəyişdiyini deyən Əsəd, buna baxmayaraq Fransa rəhbərliyinin hələ də mövqeyini dəyişməməsinə və reallıqdan uzaq "köhnə dili" ilə danışmağa davam etdiyinə diqqət çəkib.

Tarixdəki bütün müharibələrin pis olduğuna diqqət çəkən Suriya lideri, öz ölkəni müdafiə etmək kimi nəcib bir səbəblə olsa belə, müharibənin pis bir şey olduğunu vurğulayıb.

Suriya Prezidenti Vadi Baradada müharibənin davam etməsini də, silahlı qrupların Dəməşqdə yaşayan 5 milyon insanın suyunu kəsməsi və ordunun da bunun üçün bölgəni xilas etmək üçün əməliyyata başlaması ilə əlaqələndirib.

Raqqayı nə vaxt azad edəcəkləri istiqamətindəki suala, "Konstitusiyaya və qanunlara görə, Suriya torpaqlarının hər qarışını azad etmək məcburiyyətindəyik" - cavabını verən prezident, buna baxmayaraq hərbi olaraq bəzi prioritetləri olduğunu xatırladıb.

Astanada başlayacaq müzakirələrlə bağlı "Hər şeyi müzakirə etməyə hazırıq" - deyən Əsəd, "Ancaq qarşımızda kim olacaq ?" sualını verib.

Müxalifətin "gerçək", yəni Suriyada kökü olan bir müxalifət olması lazım olduğunu deyən Əsəd, qarşılarına oturacaq müxalifətin Amerikan, İngilis, ya da Səudiyyə müxalifəti olmaması lazım olduğunu söyləyərək, müzakirələrin gedişinin buna bağlı olduğunu qeyd edib.

Dövlət başçısı öz mövqeyinin müzakirə edilməsinin də konstitusiya ilə əlaqədar olduğunu, konstitusiya dəyişmədən bunun müzakirə etməyəcəklərini, hər konstitusiyanın da bir referenduma ehtiyac duyduğunu bildirib.

Bəşər Əsəd Fransanın yeni prezident namizədlərindən Fransua Fiyonun "terrorçulara" qarşı döyüşdə fərqli bir mövqe aldığını və bundan məmnunluq duyacaqlarını deyərkən, buna baxmayaraq təmkinli yanaşmaq lazım olduğunu və daha əvvəl də rəsmilərin bir şey söyləyərkən tam tərsini (başqa bir şey - red.) icra etdiklərini gördüklərini qeyd edib.


Bəşər Əsəd: "Konstitusiyaya və qanunlara görə, Suriya torpaqlarının hər qarışını azad etmək məcburiyyətindəyik"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Britaniyada polisin məscidə ayaqqabı ilə girməsi müsəlmanları hiddətləndirib (VİDEO)
    İnsident baş verməsilə bağlı müraciət aldıqdan sonra polislər məscidə gəliblər, lakin ayaqqabılarını çıxartmayıblar.
     19.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ