1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:03.12.2019 14:56:14

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının ərazisində 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Zaur Salayevə qarşı soyğunçuluq edilib.

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının ərazisində 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Zaur Salayevə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, gecə saatlarında iki nəfər naməlum şəxs onu itələyib yerə yıxmaqla 247 manat pulunu və banklardan birinə məxsus kartı götürərək hadisə yerindən qaçıblar. Zərərçəkən başına gələn hadisə barədə polisə məlumat verən kimi dərhal cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi və Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Həsən Əliyev və Sabunçu rayon sakini Cəlaləddin Məmmədov tutularaq məsuliyyətə cəlb ediliblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri soyğunçuluq hadisəsini etiraf ediblər.

 Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Bakıxanov dəmir yolu ərazisində soyğunçuluq edənlər tutuldular

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda karantin rejimi və komendant saatı ləğv edildi
    Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
     23.05.2020
    Beynəlxalq Qüds Günü münasibətilə tele-mitinq keçirilib
    Beynəlxalq Qüds Günü münasibətilə 20-də çox İctimai Birlik və təşkilatın iştirakı ilə tele-mitinq proqramı təşkil edilib.
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ