EURO 1,9839 NEFT 48,86
USD 1,7012 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.01.2017 12:02:19

Elektrik və qazın qiymətinin diferensiallaşdırılmasından sonra yeni binalar və şəhərciklərdə də kommunal ödənişlər artırılır.

Hətta kommunal ödənişləri ikiqat qaldırılan şəhərciklər var. Baxmayaraq ki, əksər bina və şəhərciklərdə kommunal xidmətlərə işıq və qaz birbaşa daxil deyil.

"Xəzər TV” məlumat verir ki, yalnız binaların və həyətin işıqlandırması, yaxud da mərkəzi istilik sistemi varsa onda kommunal ödənişlərin qismən artması mümkün sayıla bilər.

Mütəxəssislər isə əsas səbəb kimi bəzi sahibkarların bina tikilib təhvil verilsə də, özlərini əmlak sahibi kimi aparmasında göstərirlər. Binanı tikən şirkət kommunal xidmətləri də öz öhdəliyinə götürür və sakinlərdən istədiyi məbləği tələb edir. Üstəlik, zaman keçidikcə ödənişlər artırılır. Bəzən həmin ödənişin məbləği başqa binada kirayə pulu qədər olur. Halbuki, Mənzil Məcəlləsinə görə, bina təhvil verildikdən 6 ay sonra, binanı tikən şirkət idarəetmədən çəkilməlidir və bu cür xidmətlər 3 formada həyata keçirilə bilər.

Yeni cəmiyyət Ədliyyə Nazirliyində qeydiyatdan keçirildikdən sonra binanı tikən sahibkar və yaxud idarə edən şirkət avtomotik idarəetmədən uzaqlaşdırılır.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Mənzil-komunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib ki, bənzər hallar bəzi sahibkarların bina tikilib təhvil verildikdən sonra özlərini əmlak sahibi kimi aparmasından qaynaqlanır. Əgər vətəndaşlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətininin yaradılması üçün kömək və yaxud mariflənmək istəyirlərsə nazirliyin Mənzil-komunal siyasəti şöbəsinin 012 493 04 86 saylı nömrəsinə müraciət edə bilərlər. Bu günə kimi artıq 40-a yaxın binada belə cəmiyyət yaradılaraq dövlət qeydiyyatından keçirilib.


Bakıda yaşayış binalarında kommunal ödənişlər artırılmağa başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazirlikdən cəbhə ilə bağlı məlumat
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.
     25.07.2017
    Fələstinlilərin Sionist rejiminə etirazları davam edir
    Saxlanılanların arasında HƏMAS-ın yüksək rütbəli üzvləri, sabiq maliyə naziri Ömər Əbdürrəzzaq və yeni sərbəst buraxılmış Şeyx Şakir Ömər də yer alıb.
     25.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ