1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.03.2017 14:14:02

Cinayət işi başlanıb, istintaq gedir.

Dünən Bakı şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-a yazır ki, Əbilov küçəsi ev 18/12 ünvanında atası, 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürən 30 yaşlı Emin Sadıqovun külli miqdarda qumar borcu olub.

Xeyli vaxtdır mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.

Bildirilir ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb. Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək öldürüb. Eminin atasını öldürməsinə mane olmaq istəyən anası da bıçaq xəsarətləri alıb.

Araşdırmalar davam etdilir.

 

09:11

 

Bakıda qətl hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

E. Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.


Bakıda oğul atasını öldürdü, anasını yaraladı - Bəzi məqamlar üzə çıxıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əcəl nədir?
     25.05.2017
    Fələstinlilər İsrail hərbi bazasına hücum ediblər
    Fələstinli vətəndaşlar İsrailin hərbi bazasına basqın ediblər.
     25.05.2017
    Allaha təvəkkül etsək qalib ola bilərik - Ayətullah Xamenei
    İran İslam İnqilabın Ali Dini Lideri İraqla 8 illik müharibə səbəbi ilə yaranan “Müqəddəs müdafiə” günləri barədə çıxış edib.
     25.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ