EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:16.11.2019 21:43:53

Bakıda İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu keçirildi

İslamazeri.com xəbər verir ki, bu gün, paytaxt Bakı şəhərində, məşhur mərasim zallarından birində İçərişəhər Cümə məscidi və "Kral" ət və ət məhsulları şirkətinin təşəbbüs və təşkilatçılığı, maddi və mənəvi dəstəkləri ilə əziz İslam peyğəmbəri həzrəti Məhəmməd (s) və onun əziz nəvəzi həzrəti İmam Cəfər Sadiqin (ə) mövlud məsclisi keçirilib.

Tədbir, Azərbaycan Respulikasının himninin birgə oxunması və müqəddəs Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra İçərişəhər Cümə məscidinin axundu ilahiyyatçı-alim Hacı Surxay Məmmədov açılış nitqi edərək, qonaqları mövlud münasibəti ilə təbrik edib. O cümlədən də, tədbirə dəstək verən “Kral” ət və ət məhsulları şirkətinin direktoru Yavuz Həsənov da, öz növbəsində, qonaqları salamlayıb.

Tədbirdə ilahiyyatçı-alimlər Hacı Zülfüqar Mikayılzadə, Hacı Eldayaq Hüseynov çıxış etdilər.

Məclisdə incəsənət xadimləri və məddahlardan “Natiq Ritm Qrupu”, Hacı Ceyhun Müəzzin, Hacı Rəşad, Hacı Elşən Xəzər, İzzət Bağırov və digərləri ifalar ediblər.

Keçirilən sual-cavab yarışında isə, düzgün cavabı səsləndirmiş şəxsə Kərbəla ziyarəti hədiyyə edilib.

Sonda isə tədbir Hacı Surxay Məmmədlinin çıxışı ilə bitib.

Qeyd edək ki, İçərişəhər məscidi və “Kral” şirkəti artıq ikinci ildir ki, "Vəhdət Həftəsi" - Hz. Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud tədbirini keçirir.

Tədbirdən sonra isə dəyərli qonaqlar bu gün münasibəti ilə İslamazeri xəbər portalına danışıblar.


Bakıda İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu keçirildi - VİDEO-FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hizbullah hökümətin qurulması ilə bağlı son mövqeyini AÇIQLADI
    Livan Hizbullahının Mərkəzi Komissiyasının üzvü Şeyx Nəbil Kabuk Livandakı yeni kabinetlə bağlı açıqlama verib.
     10.12.2019
    Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
    Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     10.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ