EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.03.2017 13:13:12

Vəhhabi təriqətinin təhlükəli olması barədə divarlara xəbərdarlıq elanı vurulub.

Bakı küçələrindən birində binanın divarına vurulan elan yazısı diqqət çəkib.

Yazıda valideynlərə övladlarını vəhhabi təriqətindən qoruması üçün xəbərdarlıq edilir. Elanda deyilir ki, belə insanlar xarici görünüşünə görə dindara oxşasalar da əslində, təhlükəli şəxslərdir. Fotonu a24.az saytı yayıb. Qeyd edilir ki, bu vəhhabi təriqətə mənsub olan şəxslər özləri kimi olmayan hər kəsin şərait yarandığı təqdirdə qətl edilməsini vacib bilir.

“Vəhhabi” cərəyanı ilə bağlı yazılan elan İsmayıl bəy Qutqaşınlı küçəsində, Ədliyyə Nazirliyinin yanında yerləşən yaşayış binalarından birinin divarına yapışdırılıb.

Mətni tam olduğu kimi təqdim edirik:

DİQQƏT!!! DİQQƏT!!! DİQQƏT!!!

Hörmətli valideynlər! Uşaqlarınızı “Vəhhabi” (Sələfi) cərəyanından qoruyun. Zahirən dindar görünən bu şəxslər müxtəlif yollarla insanları, məxsusən cavanları aldadıb öz əqidələrinə çəkir və onlardan öz məqsədlərində istifadə edirlər. Unutmayın! Bu əqidə sahibləri özləri kimi olmayan hər kəsin şərait yarandığı təqdirdə qətl edilməsini vacib bilir. Ölən şəxsin qadınına döyüş qəniməti sayıb təcavüz edirlər. Özünüzü və ailənizi bu şəxslərdən qoruyun!!!


Bakı küçələrində divarda elan: Valideynlər! Uşaqlarınızı vəhhabilərdən qoruyun! - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kataloniyaya rəhbərlik Madridə həvalə olunur, yerli parlament buraxılır - VİDEO
    İspaniya Baş naziri Mariano Racoy bəyan edib ki, bölgədə yeni seçkilər keçiriləcək.
     21.10.2017
    Bakıda 40 yaşlı kişi binanın damına çıxıb özünü atmaq istədi...
    Məlum olub ki, həmin şəxs tikinti şirkətlərinin birindən ev alıb, lakin sənədlər saxta olub.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ