اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Bugün: 02.09.2014, 6 Zülqədə 1435


Suriya uğrunda müharibə (sənədli film)

Yayım Tarixi: 15.10.2012 12:58
Araşdırma
Yazı ölçüsü: büyüt küçült             

haber
Suriya ordusu kiminlə döyüşür?

İslamazeri.az İnternet Qəzetinin SANA-ya istinadən verdiyi xəbərə görə, Suriyada ilyarımdır davam edən qarşıdurmalarla bağlı Rusiyanın "Россия 24" kanalı sənədli film hazırlayıb.

Suriya ordusu və vətəndaşlarla 2 ay boyunca birlikdə çəkiliş aparan "Россия 24"ün çəkiliş qrupu "Suriya Ordusu kiminlə döyüşür?", "Silahlı müxalifət kimin üçün döyüşür?", "Və niyə bu qədər çox tərəf bu məsələ ilə maraqlanır?" suallarına cavab axtarıb.

Bir çox vətəndaşın öldürülməsinin də göründüyü sənədli filmdə, Türkiyə vətəndaşı olan və bir çox digər xarici ölkələrdən olan muzdluların "müxaliflərlə" birlikdə döyüşdüyünü gözlər önünə sərilir.

Sənədli filmdə qərb mediasının yalanları gözlər önünə sərilir. Belə ki, Hələb şəhərində yerləşən Əl Həyat xəstəxanasına, məktəb və şəhər stadionlarına yerləşdirilən partlayıcılar nəticəsində bir çox insanın öldüyü terror hücumu "müxaliflər" tərəfindən həyata keçirilsə də Qərb mediyası bunun Bəşər Əsəd tərəfindən törədildiyini deyir.
Hadisənin terror hücumu olduğunu onlara faktlarla göstərəndə belə səhvlərini düzəltmirlər.

Silahlı qruplar tərəfindən Şamda(Dəməşqdə) xristianların yaşadığı məhəlləni hədəf alan terror hücumu, Suriya əsgərlərinin də qaldığı xəstəxanaların partladılması, xüsusilə şiələrin təqib edilməsi və amansızca qətl edilməsi və s. Sənədli filmdə bu kimi bir çox hadisədən qısa fraqmentlər təqdim edilir, silahlı şəbəkələri ABŞ, Fransa, İngiltərə, Qatar, Səudiyyə Ərəbistanı və Türkiyənin dəstəklədiyi vurğulanır.

Sənədli film rus dilindədir, lakin tükr dilində titrlərlə də tərcüməsi verilir. Azərbaycanda əhalinin böyük əksəriyyətinin rus və ya türk dində rahat başa düşdüyünü də nəzərə alaraq İslamazeri.az İnternet Qəzeti, həmin sənədli filmi dəyərli izləyicilərinə təqdim edir:

 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!





Son xəbərlər



Kateqoriyanın digər xəbərləri



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768