1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.08.2020 19:28:46

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 723 236 test aparılıb.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  82.33 % faizi sağalıb. Yoluxanlardan 16.26 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  32157 nəfərin 1.41 faizi ( 454 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.

 

 

 

 


Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ