1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:28.09.2020 13:05:53

“Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edib”.

İslamazeri.com-un məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev brifinqdə bildirib.

General bildirib ki, sərəncamda Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə tapşırılıb ki, təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin:

“Səfərbərlik Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və xüsusi birləşmələri müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçilməsinə dair tədbirlər kompleksidir.

Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.”

“Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün imkanlara malikdir.

Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən zənglər və SMS-lər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər.

Məlumat üçün bildirirəm ki, son günlər böyük sayda  Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər. Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək”, -deyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini əlavə edib.


Azərbaycanda kimlərin qismən səfərbərliyə cəlb olunacağı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu Bərdənin qisasını aldı - VİDEO 1
    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Bərdədə mülki vətəndaşları hədəfə almasına cavab olaraq geniş əməliyyat keçirib.
     28.10.2020
    Gürcüstanda yaşayan müsəlmanlar Makronun İslama qarşı addımlarını qınadılar
    Emmanüel Makronun İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-ə qarşı təhqiramiz addımını lənətləyirik!
     28.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ