1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:09.08.2020 15:32:12

Azərbaycan Ordusuna ağır itki üz verib.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, Uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.

Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.
1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.
1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.
Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH rəhmət eləsin!


Azərbaycan Ordusunun istefada olan generalı vəfat edib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ