1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:13.07.2020 14:58:11

“Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır. Cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatının qarşısını almaq üçün adekvat cavab tədbirləri görülüb.”

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

Polkovnik Dərgahlının bildirdiyinə görə, düşmən tərəfi növbəti dəfə təxribat törətmək məqsədilə Azərbaycanın mövqelərinə hücum ediblər.

“Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun mövqeləri hazırda durduqları yerdədir, düşmənə qarşı cəza tədbirləri həyata keçirməkdədirlər. Düşmən tərəfi təxribat nəticəsində verdikləri itkilərə cavab məqsədilə yenidən mövqelərimizi və Tovuz rayonunun Ağdam kəndini atəşə tutublar. Mülki şəxslər arasında heç bir itki yoxdur”, -deyə Dərgahlı əlavə edib.

Azərbaycan Müdafiə nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dərinlikdə olan mövqeləri, dayaq məntəqələri, avtomobil texnikalarına, artilleriya qurğularına və canlı qüvvəsinə zərbələr endirilib: “Bu zərbələr nəticəsində düşmən ağır itkilər verib. Lakin həmişə olduğu kimi bu dəfə də düşmən itkilərini gizlətməkdədir”.

Bu mövcud vəziyyətlə bağlı sosial şəbəkələrdə bəzi əsassız məlumatlara işarə edən polkovnik Dərgahlı “Azərbaycan xalqından, xüsusən də KİV nümayəndələrindən xahiş edirik ki, bu məsələ ilə bağlı yalnız rəsmi məlumatlara istinad etsinlər. Yalan məlumat yaymaq düşmən dəyirmanına su tökməkdir. Həmçinin bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Ordusuna dəstək məqsədilə çağırışlar ediblər. Biz anlayırıq ki, bu, vətəndaşlarımızın vətənpərvərlik hissindən irəli gəlir. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, əsgərləri düşmənə cavab verməyə qadirdir. Bu cür məlumatlar yayıb çağırış etməyə ehtiyac yoxdur. Bu məlumatlar yalnız düşmənin maraqlarına xidmət edir. Hazırda bölgədə atəşkəsin pozulması davam edir, ara-sıra qarşılıqlı artileriya zərbələri endirilir”, – bildirib.


Azərbaycan MN-nin mətbuat katibi: Ərazi itkimiz olmayıb, cavab tədbirləri görülüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan hökuməti qaz və işıq pulu üçün vətəndaşlara 4 aylıq güzəşt edəcək
    Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.
     06.08.2020
    Türkiyə vətəndaşları üçün Azərbaycan viza tələb etməyəcək, 3 ay qala bilərlər
    Azərbayan Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarının diqqətinə məlumat yayıb.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ