EURO 1,8463 TRY 0,2773
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.01.2020 12:54:58

Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.

Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.

Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, cədvəl üzrə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.

"Cədvəl üzrə Bakı-Pekin aviareysi üzrə uçuşlar həftənin III və VII günləri saat 22:50-də yerinə yetirilir. Uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə, cari ilin martın 8-dək dayandırılacaq. Bakı-Pekin aviareysi martın 8-dən etibarən bərpa olunacağı gözlənilir", - deyə aeroportdan bildirilib.

Qeyd edək ki, ötən gün "China Southern Airlines" şirkəti Quançjou-Bakı-Quançjou aviareysini ləğv edib. Buna səbəb Çində tüğyan edən koronavirus olub.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.


Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəhidimiz dəfn edildi
    Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi ilə vida mərasimi keçirilib
     25.02.2020
    Ərəb şirkəti Bakı-Dubay reysində sərnişinləri erməni filmilə təxribata çəkir
    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir.
     25.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ