1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.05.2017 16:43:57

İran vətəndaşları arasında sorğu keçirilib.

İslamazeri.com-un IRNA-ya isttinadən verdiyi xəbərə əsasən, İran vətəndaşlarının 66,7 faizi may ayının 19-u ölkədə keçiriləcək prezident seçkilərində səs verməyi planlaşdırır.

Respondentlərin 16 faizindən çoxu bildirib ki, seçkidə iştirak edib-etməyəcəklərinə dair hələ qərar qəbul etməyiblər. Qeyd edilir ki, bir həftə öncə keçirilmiş sorğu zamanı isə respondenlərin 63 faizi seçkilərdə səs verəcəklərini bildirmişdi.

Araşdırmanın nəticələri göstərir ki, sorğuda iştirak edənlərin 63,4 faizi artıq seçkilərdə kimə səs verəcəklərinə dair qərar veriblər. Digərləri isə bildiriblər ki, hələ “öz” namizədlərini seçməyiblər.

7-8 may tarixlərində keçirilmiş sorğuda İranın 31 əyalətindən olan 6 mindən çox insan iştirak edib.

Xatırladaq ki, İrandaki prezident seçkiləri may ayının 19-u keçiriləcək. Seçkidə 56 milyondan çox iranlı səs vermə hüququna sahibdir. 50 faizdən çox səs toplamış namizəd qələbə çalacaq. Əgər 6 namizəddən heç biri bunu edə bilməzsə, o zaman seçkilərin 2-ci turu keçiriləcək. Əlavə edək ki, namizədlər arasında hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi və paytaxt Tehran şəhərinin meri Muhəmməd Qalibaf da var.


Seçkilərdə səs vermək istəyən iranlıların faiz nisbəti məlum oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ