EURO 1,8594 TRY 0,2534
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.03.2020 10:49:13

Ayətullah Seyid Sistani İraqda camaat namazının qılınması ilə bağlı açıqlama verib

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, İraqda şiə müsəlmanların ən böyük mərcəi təqlid müctehidi olaraq bilinən Ayətullah Seyid Sistani yeni növ COVİD 19 – koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bəzi yerlərdə “camaat namazının qılınmaması” ilə bağlı qadağalara əməl edilməsilə bağlı fətva verib.

Ayətullah Seyid Sistani İraqda camaat namazının qılınmasının hökmülə bağlı ona ünvanlanan suala cavab olaraq “camaatla namaz qılınmasının qadağan olunduğu bölgələrdə bu qadağaya əməl edilməsi lazımdır”, - deyə bildirib.

Ayətullah Sistani social media hesabında paylaşılan fətvada deyilir: “Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu cür toplaşmaq yasaqlandığı yerlərdə, bu qadağa və qabaqlayıcı tədbirlərə əməl olunmalı və ciddiyə alınmalıdır.

Qeyd edək ki, İraq səhiyyə qurumları ilk olaraq 24 fevralda bu ölkədə koronavirusa yoluxma halını açıqlamışdı.

Məlumata görə, bu günə qədər yoluxma 73-ə çatmaqla yanaşı, xəstəlikdən 7 nəfər ölüb, 7 nəfər isə sağalıb.


Ayətullah Sistanidən koronavirusla bağlı camaat namazı fətvası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Marneulidə qapı-qapı gəzib insanları koronavirus testindən keçirirlər
    Marneulidə qapı-qapı prinsipi ilə vətəndaşların yoxlanılması davam etdirilir.
     02.04.2020
    Koronavirusu vecinə almayan  - Belarus...
    Yeni növ koronavirus epidemiyasının geniş yayıldığı ərazilərdən biri olan Avropada hər gün çox ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edilməkdədir.
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ