1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:29.03.2020 12:08:54

İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.

İslamazeri.com İQNA-ya istinadən xəbər verir ki, İraqın "Sumariya" xəbər portalı şiələrin İraqın Nəcəf şəhərində yaşayan təqlid mərcəsi və müctəhidi  Ayətullah Üzma Seyyid Əli Sistani koronavirusa yoluxaraq dünyasının dəyişlənlərin necə yuyulması, kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları  yayımlayıb.

Bu barədə verilən sualların cavablarında vurğulanıb ki, xəstəliyin yayılmamasının qarşısını almaq üçün lazım olan tədbirləri görmək və ehtiyat etmək şərti ilə ölənlərin qüsl, hənut, kəfən və dəfn edilməsi vacibdir.

Qüsl etmək mümkün olmadıqda təyyəmümü edilməsi lazımdır. Əgər təyəmmümə də imkan olmasa və ya dövlət tərəfindən qabaqlayıcı tədbirlər çərçivəsində buna maneə törədilsə, meyyiti qüsl və ya qüsl əvəzi təyəmmüm etmədən dəfn etmək olar.

Meyyiti tibbi kisələrin də üzərindən kəfən etmək mümkün olsa, bu edilsin. Əgər hər üç kəfən geyimi ilə kəfən etmək mümkün olmasa, meyitin bütün bədənini örtən bir parça ilə tibbi kisənin üzərindən kəfən edilsin.

Qeyri-müsəlman ölkələrində koronavirusdan ölən müsəlmanların cəsədlərinin yandırılmasına mümkün olan yerə qədər imkan verilməsin, müqavimət göstərilsin və İslam şəriəti əsasında dəfn edilsinlər.  

Müsəlman meyyitlərinin tabutda dəfn edilməsi caizdir, bu şərtlə ki, tabutda qəbirdə qoyulduğu kimi sağ tərəfi üstə və üzü qibləyə yerləşdirilsin.

Əgər mütəxəssis həkimlərin rəyinə əsasən koronavirusdan ölmüş insanların cəsədləri virusun yoluxmasına səbəb olmazsa, onların ənənəvi qayda ilə dəfn edilməsi vacibdir və dövlət rəsmiləri buna mane olmamalıdırlar.  

Bundan əvvəl isə koronavirusla bağlı Ayətullah Sistaninin rəsmi saytında bəzi sualların cavabları yayımlanıb:

Suallar:

Korona virusu dünya ölkələrinin çoxunda geniş yayılmaqda və gündən günə bu virusa yoluxanların sayı artmaqdadır. Ali-dini mərcəiyyətin bu təhlükəli virusla bağlı mövqeyi bizə bəllidir (virusun yayılmasının qarşısını almaq üçün aidiyyəti olan qurumlar tərəfindən verilmiş göstərişlərə tabe olmaq, o cümlədən hər hansı toplantı və yığıncaq təşkil etməmək və hədəfindən asılı olmayaraq orada iştirak etməmək). Onunla bağlı aliməqamlı mərcəyi-təqlidə suallarımız var ki, onlara cavab versəniz minnətdar olardıq.
1. Virusa yoluxması şübhəli olan şəxslərə hər hansı formada toxunmaqdan (əl vermək, öpüşmək və bu kimi) çəkinmək vacibdirmi? Belə şəxslərlə qabaqlayıcı tədbirlər görmədən məsələn, maska və əlcək geymədən bir yerdə oturub-durmaq olarmı?
2. Əgər bir şəxs bu virusa yoluxarsa yaxud onda şübhəli əlamətlər olarsa, o, bu vəziyyətindən məlumatı olmayan insanlarla bir yerə toplaşa bilərmi? O, bu işi görsə və virusun yayılmasına səbəb olsa, onlarla bağlı məsuliyyət daşıyırmı?
3. Əgər bir şəxs virusun geniş yayıldığı bir ölkədən gəlirsə yaxud yoluxmuş xəstələrlə əlaqədə olubsa, virusa yoluxmadığına əminlik əldə edənə qədər evdə qalıb özünütəcrid şəraitinə riayət etməsi yaxud tibbi mərkəzlərə müraciət etməsi vacibdirmi?
4. Şəri vergiləri, o cümlədən xüms və zəkatı infeksiyanın yayılmasının qarşısının alınması və yoluxanların müalicəsi istiqamətində zəruri avadanlıq alınmasına sərf etmək, misal üçün əlcək, maska, yuyucu maddələr və dizinfeksiya üçün maddələr və dərman almaq olarmı?
5. Möminlərin belə bir virusa yoluxmaq təhlükəsi olan bir şəraitdə onlara tövsiyəniz nədir?

Möminlərdən bir qrupu

 

Ayətullah Sistaninin cavabı:

Bismillahir-Rəhmanir-Rəhim

1. Əgər insan başqalarına toxunmaqla yaxud təmasda olmaqla xəstəliyin özünə keçəcəyindən və nəticədə böyük bir ziyana düşəcəyindən – hətta ölümlə nəticələnməsə belə - qorxursa, bu işdən çəkinməsi lazımdır. Bu halda çəkinmək vacib olmaz ki, insan lazimi ehtiyat tədbirləri görsün, məsələn dizinfeksiya etsin, münasib maska salsın, tibbi əlcək geysin və arxayın olsun ki, xəstəlik ona keçməyəcək. Sözü gedənləri etməsə və ehtiyatlandığı xəstəliyə tutulsa, şəriət baxımından üzrlü sayılmayacaq.
2. Virusun başqalarına keçmək təhlükəsi olduğu hallarda, onlarla görüşüb təmasda olmaq icazəli deyil. Bir şəxs belə bir iş görərsə və bu iş onun vəziyyətindən məlumatı olmayan insanların yolulxmasına səbəb olarsa, onların qarşılaşdığı zərərlərlə əlaqədar zamindir, əgər bu səbəbdən virusa yoluxduğuna görə dünyadan gedən olsa, onun diyəsini ödəməlidir.
3. Bəli, bu şəxs aidiyyəti olan qurumların verdiyi göstərişlərə riayət etməklə yanaşı sözü gedən tədbirləri görməlidir.
4. Zəkatın “səbilillah” səhmini və xümsün İmam (ə) səhmini bu hallara şəri qaydaları gözləməklə sərf etməyin eybi yoxdur, olar.
5. Möhtərəm möminlərə aşağıdakıları tövsiyə edirik:
1) Allah-taalaya pənah aparmaq və bəlanı dəf etmək üçün onun dərgahına yalvarıb dua etmək, xeyirxah işləri o cümlədən fəqirlərə sədəqə vermək, köməksizlərə yardım etmək, Quran oxumaq, peyğəmbərdən (s) və əhli-beytdən (ə) nəql olunmuş duaları oxumaq kimi işləri artırmaq.
2) Epidemiyanın həcminə münasib olaraq ehtiyatlı olmaq. İztirab və təşvişə yol vermədən ixtisas əhlinin çıxardığı qərarlara müvafiq olaraq qabaqlayıcı və müalicəvi göstərişlərə tamamilə riayət etmək və qeyri-elmi metodlardan uzaq durmaq.
3) Bu virusu kiçik saymağın təhlükəsindən başqalarını xəbərdar etməyə çalışmaq və onları aidiyyəti olan qurumların göstərişlərinə riayət etməyə və onları pozmamağa təşviq etmək.
4) İş yerlərinin bağlanmasına, gediş-gəlişlərin məhdudlaşdırılmasına görə zərərçəkmiş ailələrə yardım göstərmək.
5) Dini və məzhəbi bağlılığından asılı olmayaraq bütün virusa yoluxmuşlara qayğı göstərmək və onlara təsəlli vermək və ehtiyaclarını ödəmək.
Allah-taala bütün bəla və pislikləri hamıdan uzaq etsin.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

27 rəcəb 1441 (23 mart 2020)


Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Prezidentindən Azərbaycan Prezidentinə təbrik məktubu
    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
     26.05.2020
    Venesuela Prezidenti: Bizim şücaətli dostlarımız var!
    Nikolas Maduro İran yanacağını daşıyan ilk tankerin Venesuela sahillərinə daxil olmasından danışıb
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ