1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:04.07.2020 14:47:00

"Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, bu haqda Gürcüstan medaisı yazır. 

Onun sözlərinə görə, Gürcüstanın qərb hissəsinin əhalisi mövsumi işlər üçün Türkiyəyə gedir və bununla da bütün il ərzində öz ailəsini dolandırır.

O bildirir ki, insanların yoxlamadan keçmələri üçün sərhəddə müvafiq infrastruktur quraşdırılmalıdır.

Dünən mən Acariya və Quriyadan qayıtdım. İllərdir ki, həmvətənlərimiz burada iş tapa bilmədikləri üçün mövsumi işlər üçün Türkiyəyə gedirlər. Mən dövlətin iş yerləri ilə təmin edə bilmədiyi 10 min insandan danışıram. Onlar qoz-fındıq və çay yığmaq üçün Türkiyəyə gedirlər”, – deyə o qeyd edib.

Çay sezonu demək olar ki, bitib. Avqustda isə qoz-fındıq sezonu başlayır. Bu, həmin insanlar üçün yeganə gəlir mənbəyidir və bu 3 ay ərzində bizim bir vətəndaşımız təxminən 8-10 min lari qazanaraq öz ailəsini bir illik təmin edir”, – deyə o əlavə edib.

Mövcud epidemik şəraiti anladığını və dünyada baş verənləri gördüyünü deyən Uqulava deyib ki, “biz, hər şeydən öncə həkimlərimiz və epidemioloqlarımıza güvənməliyik, koronavirusu siyasi məqsədləri üçün istifadə edən rəhbərliyə yox”.

Nə qədər ki, Qərbi Gürcüstanda, sözün əsl mənasında, aclıq başlamayıb, Türkiyə ilə sərhədləri açın”, – deyə o qeyd edib.

Bizim borcumuz insanlara, heç olmasa, Türkiyədə də işləmək imkanını verməkdir. Biz sərhəddə insanların yoxlamasını həyata keçirən infrastruktur yaratmalıyıq”, – deyə Uqulava sonda bildirib.


“Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ