EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.03.2017 09:51:47

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan, Berdavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor, Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Nəmirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Atəşkəs 115 dəfə pozulub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kataloniyaya rəhbərlik Madridə həvalə olunur, yerli parlament buraxılır - VİDEO
    İspaniya Baş naziri Mariano Racoy bəyan edib ki, bölgədə yeni seçkilər keçiriləcək.
     21.10.2017
    Bakıda 40 yaşlı kişi binanın damına çıxıb özünü atmaq istədi...
    Məlum olub ki, həmin şəxs tikinti şirkətlərinin birindən ev alıb, lakin sənədlər saxta olub.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ