1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.04.2020 13:33:30

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri bu haqda danışıblar

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri  Stefan Sennax (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya), həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Sunna Evarsdottir (İslandiya) 65 yaşdan yuxarı 176 məhbusun COVID-19 pandemiyası ilə əlaqədar əfv edilməsi barədə prezident fərmanını alqışlayıblar.

“Bu humanitar tədbir Avropa Şurası insan hüquqları üzrə komissarın sanitar böhran zamanı həbsxanalarda olan insanların hüquqlarının və sağlamlıqlarının qorunması ilə bağlı narahatlığına cavab oldu”, - bəyanatda  deyilir.

“Biz 2015-ci il Nardaran hadisələrindən sonra beynəlxalq birliyin narahatlığına səbəb olmuş ədalətsiz məhkəmə prosesləri zamanı mühakimə edilmiş iki məhbusun azad olunmasını qeyd edirik. Hesab edirik ki, bu addım düzgündür və digər işlərə baxılmasında da irəliləyiş gözləyirik”, - məruzəçilər vurğulayırlar.

Onlar AŞPA-nın 2293 (2020) və 2184 saylı (2017) qətnamələrinə əsaslanaraq bildirirlər ki, “qismən prezident əfvi ilk növbədə ədalətsiz və siyasi motivli həbslərin qarşısını alan müstəqil məhkəmə sistemini əvəz edə bilməz. Odur ki, biz hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağırırıq”.

Turan


AŞPA məruzəçiləri əfv fərmanını alqışlayır, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırırlar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Prezidentindən Azərbaycan Prezidentinə təbrik məktubu
    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
     26.05.2020
    Venesuela Prezidenti: Bizim şücaətli dostlarımız var!
    Nikolas Maduro İran yanacağını daşıyan ilk tankerin Venesuela sahillərinə daxil olmasından danışıb
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ