EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.11.2019 12:20:47

Çərşənbə günü Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanunu əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb.

İslamazeri.com xəbər verir ki, Çərşənbə günü Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanunu əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb.

Almaniyanın Spiegel qəzeti yazır ki, polis Almaniyanın Cologne, Frankfurt, Wiesbaden və Dusseldorf şəhərlərində 13 obyektdə reyd keçirib və bir neçə azərbaycanlı saxlanıb.

Bundan əlavə, Koblenz federal polisi iki həbs qərarının tətbiq edildiyini elan edib.

Almaniyanın swr.de saytı yazır ki, istintaq xarici vətəndaşların qeyri-qanuni miqrasiyası, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması şübhələrini araşdırır.

Həbs edilən iki kişidən birinin dəstənin başçısı olduğu güman edilir.

Dəstə azı 20 nəfəri 3 min - 10 min avro qarşılığında Azərbaycandan Almaniyaya qeyri-qanuni aparmaqda ittiham olunur - BBC bildirir.

FFH radiosu məlumat verir ki, dəstə qanunsuz miqrantları Almaniyada uzun müddət qalmaq üçün lazımi saxta sənədlərlə təmin edirdi.

İstintaq axtarışında 180 alman polisi iştirak edib və kompüterlər, telefonlar, şəxsiyyəti təsdiq edən müxtəlif sənədlər və 21 min avro nəğd pul sübut kimi götürülüb.

Almaniya polisi məsələ ilə bağlı iyun ayından araşdırma aparırdı.

Time.tv isə əməliyyatda 510 polisin iştirakını yazıb. Belə ki, əməliyyat axtarış tədbirləri Aşağı Saksoniya, Bremen, Şlezviq-Holşteyn, Şimali Reyn Vestfaliya, Brandenburq və Reynland Palatinatedə həyata keçirilib, əməliyyatlar zamanı külli miqdarda pul, məlumat daşıyıcıları və silah ələ keçirilib. 


Almaniyada miqrant qaçaqmalçılığı ilə bağlı 8 azərbaycanlı SAXLANILDI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
    Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     10.12.2019
    “Eurohome” Ticarət Mərkəzində yanğın - vertolyotlar cəlb edildi - VİDEO
    Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində yanğın baş verib.
     10.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ