EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.11.2019 19:05:03

Qurum bildirir ki, ölkəyə geri qaytarılmış şəxslərdən "22-si kişi, 18-i qadın, 21-i uşaqlardır".

İslamazeri.com xəbər verir ki, Almaniyadan Azərbaycana çarter reysi ilə 61 Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib, Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qurum bildirir ki, ölkəyə geri qaytarılmış şəxslərdən "22-si kişi, 18-i qadın, 21-i uşaqlardır".

Readmissiya Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin icrası çərçivəsində həyata keçirilib.

Geri qaytarılmış Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Çərşənbə günü Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə həm də 8 azərbaycanlını saxlayıb. Saxlananlar arasında Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev də olub.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya məsələdən xəbərdar olduğunu və çərşənbə günü Almaniyada saxlanan şəxslər və onların saxlanmasının səbəbləri ilə bağlı qurum tərəfindən araşdırma aparıldığını bildirib.


Almaniya 61 azərbaycanlını Azərbaycana deportasiya etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
    Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     10.12.2019
    “Eurohome” Ticarət Mərkəzində yanğın - vertolyotlar cəlb edildi - VİDEO
    Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində yanğın baş verib.
     10.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ