EURO 1,9408 NEFT 47,9
USD 1,7022 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.02.2017 14:07:19

AİP ruhani alim Şeyx Sərdar Hacıhəsənlinin polis tərəfindən saxlanması ilə bağlı etiraz bəyanatı yayıb.

Qurumun Mətbuat Xidmətindən “İslaminSesi”nə daxil olan bəyanatda deyilir:

Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maidə.Az saytının baş redaktoru, din alimi Şeyx Sərdar Hacıhəsənlinin Masallı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasını və həbsə məhkum olunmasını birbaşa müqəddəs dinimizə qarşı qeyri-hüquqi təcavüzün təzahürü kimi qiymətləndiririk. Birincisi, İslam alimi Hacı Sərdar Hacıhəsənli ömrünün lap uşaqlıq illərindən başlayaraq İslam dininin öyrənilməsinə başlamış, ali ruhani təhsili almaqla onun elmi-fəlsəfi sirlərinə nüfuz etmiş, həm də İslamın geniş təbliğinə müvəffəq olmuşdur. Dinimizə qarşı təcavüzlərin, ittihamların, din adı ilə ortaya atılan ciddi radikal cərəyanların fitnə-fasadlarına sinə gərən, İslamın əsl mahiyyətini, özəlliklərini, həqiqi dəyərlərini elmi-fəlsəfi şəkildə açıb cəmiyyətə təlqin edən bir şəxsə daha geniş imkan və şərait yaratmaq əvəzinə, onu cəmiyyətdən təcrid etməyə, səsini boğmağa çalışanları bu müsəlman xalqının və müqəddəs İslam dinimizin açıq düşməni hesab etməkdən başqa bir şey düşüncəyə gəlmir.

Şeyx Sərdar Hacıhəsənlinin saxlanması və həbsini sifariş verənlər bilməlidirlər ki, Azərbaycanda belə alimlərin sıxışdırılması cəmiyyəti böyük bəlalara düçar etməkdən başqa bir şey deyil. Bu gün mənəvi aşınmanın, alətə çevrilən silahlı terrorçu cərəyanların meydan sulamasının qarşısını məhz saf əqidəli, xalqını sevən, insanların dinimizin dəyərli keyfiyyətlərindən mənəvi bəhrə və nümunə aparmalarına töhfə verən ruhani alimlərin fəaliyyəti vacib məsələlərdəndir. Amma göründüyü kimi, Hacı Sərdar Hacıhəsənli kimi ruhani alimlərin həbsini həyata keçirənlər deyilənlərin tam əksini düşünür və demək olar ki, düşmən mövqedə dayanırlar.

Azərbaycan İslam Partiyası bir daha bəyan edir ki, dəyərli din xadimlərini həbs etməklə hakim dairələrdə dinimiz əleyhinə fəaliyyət göstərənlər Azərbaycanı xaosa, hərcmərcliyə, ciddi sosial-siyasi böhrana sürükləmək istəklərindən əl çəkmək istəmir, xarici neqativ güclərin düşmənçilik dəyirmanına su tökürlər. Bizcə belələrini bu əməllərinə gərə nə vətənpərvər, dinini sevən xalqımız, nə də onun başı üzərində dayanan Allah-Təala bağışlayar.


AİP Şeyx Sərdar Hacıhəsənlinin həbsilə bağlı bəyanat yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “İŞİD 4-cü yaşını qeyd edə biləcək?” - Mütəxəssis rəyi
    Mütəxəssislər İŞİD "yerdə qalan ömrü" barədə məlumat verib.
     29.06.2017
    Səudiyyənin vəliəhdliyindən uzaqlaşdırılan şahzadə ev həbsinə məhkum edildi
    Səudiyyə Ərəbistanının vəliəhdliyindən uzaqlaşdırılan Məhəmməd bin Nayif ev həbsinə məhkum edilib.
     29.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ