EURO 1,8691 NEFT 50,95
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:16.03.2017 13:12:37

AFFA İntizam Komitəsinin iclası keçirilib. Yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlar olub...

İslamazeri.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclası keçirilib. Yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlar olub.

İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib.
9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

“Şahdağ” (Qusar)
İqrar Səmədov
Uce Cukenyere

“Rəvan” (Bakı)
Elvin Əliyev
Cəmşid Məhərrəmov

“Göyəzən” (Qazax)
Arzuman Vəliyev
Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)
Elvin Əlizadə
Kamran Lalayev
Ruslan Həmidov

Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I diviziondan kənarlaşdırılıb. Hər iki klub I divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına “azad agent” statusu verilməsi qərara alınıb.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq.

Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.

“Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub./ Apa Sport


AFFA 2 klub, 9 futbolçu və 1 hakimi çempionatdan kənarlaşdırdı - SƏRT CƏZALAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyadan NATO-ya cavab: Biz ABŞ-dan fərqli olaraq terrorçulara yardım etmirik
    Rusiya XİN-i ABŞ-dan fərqli olaraq heç bir terror qruplaşmasına silah yardımı etmədiyini bildirib.
     28.03.2017
    Anar Məmmədovun əmlakına qoyulan həbsin götürüldüyü bildirilir
    «Garant Holding» və «Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur».
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ