1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.04.2020 14:21:06

Bu barədə Amerikanın Səsinə ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.

Yeniləndi: Bu gün, aprelin 9-da Bakının Binəqədi rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü Vəfadar Əliyevi İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Mehdiyev məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

ADR Hərəkatının məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları aprelin 8-də Vəfadar Əliyevi heç bir izahat vermədən evindən aparıblar.

 

 

Aprelin 8-də Bakının Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü Vəfadar Əliyevi saxlayıb. Onu heç bir izahat vermədən evindən götürüb bölməyə aparıblar.

Bu barədə Amerikanın Səsinə ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.

“Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti də fürsətçilik edib, müstəqil və müxaif fikir sahiblərini cəzalandırmaqla məşğuldur. Buna son qoyulmalıdır, Vəfadar bəy, Şakir bəy, Tofiq bəy, İlkin bəy və digər fəallar qeyd-şərtsiz azad olunmalıdır,” o qeyd edib.

İbadoğlunun sözlərinə görə, Vəfadar Əliyev aprelin 9-da məhkəmə qarşısına çıxarılacaq.

Rəsmi qurumlar ADR Hərəkatının fəalının saxlanılması barədə hələ açıqlama verməyib.

Xatırladaq ki, karantin rejimi dövründə ADR Hərəkatının daha bir fəalı Şakir Məmmədli 15 sutka inzibati həbsə məhkum edilib, 2 fəalı cərimələnib, 3 fəalına isə xəbərdarlıq edilib.


ADR Hərəkatının fəalı həbsə məhkum olundu - Yeniləndi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Prezidentindən Azərbaycan Prezidentinə təbrik məktubu
    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
     26.05.2020
    Venesuela Prezidenti: Bizim şücaətli dostlarımız var!
    Nikolas Maduro İran yanacağını daşıyan ilk tankerin Venesuela sahillərinə daxil olmasından danışıb
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ