EURO 2,0003 NEFT 51,8
USD 1,7009 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.03.2017 07:45:27

“Hizbullah” təşkilatının lideri Xanım Zəhranın (ə) doğum günü münasibətilə çıxış edib

İslamazeri.az-ın “Al Alam”-a istinadən verdiyi xəbərə əsasən, Suriya böhranına toxunan Seyid Həsən Nəsrullah bildirib: “Suriyanın dostu olaraq cəm olan bölgə və dünya ölkələri əslində Suriya əleyhinə addımlar atırlar. Lakin buna baxmayaraq ciddi şəkildə məğlubiyyətlər yaşayıblar. Suriya müharibəsində xərclənən bütün mallar ərəblərə aid olub. Terrorçuların dünyanın müxtəlif yerlərindən Suriyaya gəlməsinə səbəb məhz bu mallar olub. Onların hədəfi Suriya dövlətini devirmək və onları müqavimət xəttindən ayırmaq olub. Sonda da təkfirçi qruplar siyasi həll yolunu qəbul etməyib, müharibənin davam etməsini istədilər.”

ABŞ-ın sonda müttəfiqlərini qurban edəcəyini deyən Seyid Nəsrullah “ABŞ və müttəfiqləri terrorçuların Suriyaya gətirdilər və bunu müqavimət əleyhinə etdiklərini də etiraf etdilər. Bunda öncə də təkfirçi qruplara dedim ki, sizi bura gətirməkdən məqsədləri alova odun olmağınızdır.”, -deyə əlavə edib.

Suriyada və İraqda sivil vətəndaşlar əleyhinə qeydə alınan terror aktlarını terrorçuların məğlubiyyəti kimi dəyərləndirən “Hizbullah” lideri bildirib: “İŞİD-in İraqda və Suriyada artıq gələcəyə sahib deyil və sonları çataıb. ABŞ və müttəfiqləri tərəfindən yaranmış olan “Nusra cəbhəsi” də ABŞ koalisiya tərəfindən bombardman edilir. ABŞ münafiqdi. Əvvəllər terrorçulardan istifadə etdi, indi isə onları qurban verir. Terrorçu qruplaşmalar məhv olma astanasındadır. İmperialist qüvvələrin yaratdığı əjdahalar özləri əleyhinə təhlükəyə səbəb olub.”

Müqavimətin heç vaxt məğlub olmayacağını vurğulayan müqavimət lideri sözlərinin sonunda deyib: “Bir daha Suriyada vuruşanlara deyirəm: Sizin planlarınız uğursuz olacaq. İŞİD-in məğlub olması müqavimət cəbhəsinin qələbəsi, Sionist rejiminin isə məğlubiyyətidir. Müqavimət Suriyada, İraqda və Yəməndə heç vaxt məğlub olmayacaq. Düşmən cəbhəsində yer alanlara tövsiyə edirəm ki, müqavimət və ümmət cəbhəsinə qoşulsanlar.”


"ABŞ terrorçulardan istifadə etdi, indi onları qurban verir" - Nəsrullah

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - Məleykə Abbaszadə
    “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.
     23.08.2017
    Səəd Həriri
    Livanın baş naziri “Hizbullah”-ın Suriyada terrorla mübarizə məsələsinə münasibət bildirməkdən imtina edib.
     23.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ