EURO 1,8691 NEFT 50,95
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:16.03.2017 20:15:01

Bu, Suriyada şiə təsiri altında bir idarəçiliyə yol verilməyəcəyi, lazım gələrsə Raqqa mərkəzli ayrı bir rəhbərlik qurmaq niyyətinin ifadəsidir. Bu, şiə-sünni müharibəsinə yol açmaqdan başqa bir şey deyil...

İslamazeri.az xəbər verir ki, ABŞ-lı yüksək səlahiyyətli rəhbərlərin Türkiyə-PYD-İraq arasında son dövrdə artan münasibətlərini xarici siyasət və təhlükəsizlik analitiki Cahid Armağan Dilek "Aydınlık"a dəyərləndirib. Dilek ABŞ-ın regionda şiə-sünni müharibəsi planlaşdırdığı xəbərdarlığını edib.

ABŞ-da baş verən hakimiyyət dəyişikliyi ilə birlikdə Rəsmi Ankara Vaşinqtonun Suriya siyasətində əsaslı dəyişikliklərə gedəcəyi gözləntisinə girib. Yeni prezident Donald Tramp ilə ilk birbaşa əlaqəsini 1 ay öncə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları gözləntilərin daha da artdığını göstərdi. "Raqqaya birgə əməliyyat" müzakirəsi də görüşdən sonra yenidən alovlanıb. Bu prosesdə ABŞ-la ünsiyyət də sinxron olaraq sürətlənib. ABŞ-ın əvvəlki MKİ (CIA) rəhbəri Mayk Pompeo, sonra da ABŞ Baş Qərargah rəisi Cozef Danford Türkiyəyə gəldi. Vaşinqtondan gələn son ziyarətçi isə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn olub. Prezident Ərdoğanla təkbətək görüşən Makkeynin Ankaraya PKK-nın Suriya qolu PYD-nin nəzarətindəki Kobanidən (Eynül-Ərəb) keçdiyi ortaya çıxdı. MKİ rəhbəri Pompeonun Türkiyədən Körfəz ölkələrinə keçməsi ABŞ-lı senator Makkeynin Ankaradan əvvəl Kobaniyə səfər etməsi diqqət çəkdi. Son illərdə Türkiyəyə gələn bütün ABŞ-lı yüksək səlahiyyətli rəhbərliyinin səfər əvvəlində və ya sonrasında Suriyada PYD, İraqda Barzani bölgəsinə də baş çəkməsi "Yeni hazırlığın tərkib hissəsi" kimi dəyərləndirilib.

 

ƏVVƏL TÜRKİYƏ, SONRA SƏUDİYYƏ ƏRƏBİSTANI

 

Xarici siyasət və təhlükəsizlik analitiki Cahid Ərməğan Dilek baş verən son prosesləri belə dəyərləndirib. Dilek hadisələri bu cür müxtəsər edib: "Makkeyn daha əvvəl də, 2013-ci ildə, yenə gizli şəkildə Suriyanın şimalına keçmiş və orada ABŞ və Türkiyənin dəstəklədiyi ASO qrupları ilə görüşmüşdü. Makkeyn keçən ay sonu getdiyi Kobanidə amerikalı hərbi rəsmilər və PYD-lilərlə görüşüb. ABŞ Mərkəzi Qüvvətlər komandanı, ordu generalı Votel də 2016-cı ilin mayında əvvəl, gizli şəkildə PYD bölgəsini ziyarət etmiş, sonra Ankaraya gəlmişdi. Bu ziyarətin dərhal sonrasında PYD Mənbic əməliyyatını başlatmışdı. ABŞ-lı senator da Türkiyə səfərindən sonra Səudiyyə Ərəbistanına keçdi. Yeni MKİ başçısı da Türkiyə səfərinin ardınca Səudiyyə Ərəbistanına səfər edib".

 

MAKKEYNİN 2015 PLANI

 

Dilek Makkeynin gizli və açıq səfərlərinin əhəmiyyətini bu cümlələrlə izah edib:

"Makkeyn ABŞ siyasətində nüfuzlu bir şəxsdir. Suriyada Əsədin devrilməsinin və lazım olduqda Suriya ordusunun vurulmasının tərəfdarıdır. Bu baxımdan layihələri olduğu da bilinir. 2015-ci ilin payızında Obama rəhbərliyinin Suriyaya qarşı region ölkələrindən ibarət olan bir güc yaratmaq səyləri davam edərkən, Makkeynin də belə bir planı həyata keçirmək üçün çalışdığı ortaya çıxdı.

2015-ci ilin noyabrının son həftəsində İraqı ziyarət edən Makkeyn başçılığındakı amerikalı senatorlar heyəti İraq Baş naziri Heydər əl-Abadi ilə də görüşlər keçirmişdi. Həm Makkeynin ABŞ mətbuatında yer alan açıqlamaları, həm də Makkeyn-Abadi görüşünün mahiyyətini bilən İraqlı parlamentar Hənnan əl-Fətlavinin verdiyi açıqlamalarından başa düşürük ki, ABŞ himayəsində 100 min nəfərlik bir xarici hərbi gücün İraq və Suriyaya göndərilməsi planlaşdırılır. Bu gücün təxminən 10 mini Qərb ölkələrinin hərbçilərindən ibarət olacaq. Qalan 90 min nəfərlik ərəb əsgərlərini də bunlar sövq və idarə edəcək. Xarici əsgərlərin 90 mininin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniya kimi ərəb ölkələrindən gətirilməsi nəzərdə tutulurdu. Bu arada 15 dekabr 2015-ci ildə Səudiyyə Ərəbistanı 34 ölkədən ibarət olan "İslam Alyansı" yaradıldığını açıqlayıb. Türk rəsmiləri də Türkiyənin ittifaqı dəstəklədiyini bildirib.

 

TRAMP MÜHARİBƏYƏ HAZIRLAŞIR

 

Rusiyanın 30 sentyabr 2015-ci ildən etibarən Suriyadakı vəziyyətə hərbi formada daxil olması ilə ABŞ-ın bu planlarını həyata keçirmək imkanı tapa bilmədiyi aydın olur. Ancaq Trampın prezident kürsüsündə oturması və İŞİD-ə qarşı daha sərt tədbirlərə əl atacağını açıqlaması ilə yanaşı Obama rəhbərliyinin başlatdığı və infrastrukturunu təşkil etdiyi müharibə mexanizminin yenidən hərəkətə keçirildiyi görünür. Son 10 gündə artan görüş və səfərlər silsiləsinə senator Makkeynin də daxil olması Tramp rəhbərliyinin Makkeynin planıyla üst-üstə düşən şəkildə Suriyada böyük bir müharibəyə hazırlaşdığını göstərir.

 

MƏZHƏB MÜHARİBƏSİ

 

Region ölkələrindən gələcək sünni əsaslı bir xarici gücün Suriyadakı missiyasını "İŞİD-lə mübarizə formasında açıqlamaq mümkün deyil. Səudiyyə xarici işlər nazirinin 21 fevraldakı "Suriyaya ABŞ-la birlikdə əsgər göndərəcəyik. İŞİD-dən azad edəcəyimiz yerləri Dəməşq rəhbərliyinə təhvil verməyəcəyik" açıqlaması da buna işarədir. Trampın İrana yönəlmiş açıqlamaları ilə yanaşı Türkiyə və S. Ərəbistandan da Rəsmi Tehran hökumətinə qarşı mövqeyini sərtləşdirməsi regionda "İran əleyhinə təşkilatlanma"ya işarə edir. Bu, Suriyada şiə təsiri altında bir idarəçiliyə yol verilməyəcəyi, lazım gələrsə Raqqa mərkəzli ayrı bir rəhbərlik qurmaq niyyətinin ifadəsidir. Bu, şiə-sünni müharibəsinə yol açmaqdan başqa bir şey deyil. "

 

ANKARADAN ƏVVƏL KOBANİYƏ GEDİB

 

ABŞ Senatının Silahlı Qüvvələr Komissiyasının sədri, senator Con Makkeyn Ankarada prezident Ərdoğanla görüşündən əvvəl Suriyanın şimalındakı PKK/PYD nəzarətində olan Kobaniyə gizli səfər etdiyi ortaya çıxdı. Türkiyə baş nazirinin müavini və hökumətin mətbuat katibi Numan Kurtulmuş səfəri "Xeyirə əlamət" sözləri ilə şərh etmişdi. Makkeynin Kobaniyə getdiyini açıqlayan "The Wall Street Journal" qəzeti səfərin Ərdoğanla görüşdən əvvəl baş verdiyini bildirmişdi. Xəbərə görə PYD/PKK-nın nəzarət etdiyi bölgədə ABŞ-lı əsgərlərlə bir araya gələn Makkeyn burada ehtimal edilən Raqqa əməliyyatını müzakirə etmişdi. Respublikaçı senatorun ofisindən verilən açıqlamada, səfərə dair ətraflı məlumat verilməmiş və bu ifadələr işlədilmişdi: "Senator Makkeynin səfəri Suriya və İraqdakı dinamik şəraiti dəyərləndirmək üçün önəmli bir fürsət idi. Senator ABŞ strategiyasının nəzərdən keçirilməsini istəyir və İŞİD-ə qalib gəlmək üçün rəhbərlik və hərbi liderlə çalışmağı səbrsizliklə gözləyir".

 

Tərcümə İslamazeri.az saytına məxsusdur...

 

Həmçinin oxu: ABŞ İrana qarşı ərəb NATO-su yaradır? - ANALİZ


ABŞ regionda şiə-sünni müharibəsi planlaşdırır - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyadan NATO-ya cavab: Biz ABŞ-dan fərqli olaraq terrorçulara yardım etmirik
    Rusiya XİN-i ABŞ-dan fərqli olaraq heç bir terror qruplaşmasına silah yardımı etmədiyini bildirib.
     28.03.2017
    Anar Məmmədovun əmlakına qoyulan həbsin götürüldüyü bildirilir
    «Garant Holding» və «Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur».
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ