EURO 1,9288 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.05.2020 10:26:10

Şəhərdə bir polis bölməsi də daxil olmaqla bir neçə bina yandırılıb.

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, Minneapolis meri Ceykob Frey bazar ertəsi Afrikalı-Amerikalı kişinin polis tərəfindən ödürülməsindən sonra şəhərdə baş qalıdıran nümayişlər səbəbi ilə fövqəladə vəziyyət elan edib. Şəhərdə bir polis bölməsi də daxil olmaqla bir neçə bina yandırılıb.

Minnesota ştat qubernatoru Tim Valtz vüsət almaqda olan zorakılıqların qarşısnı almaq üçün Milli Qvardiyanı köməyə çağırıb.

Qvardiya cavab olaraq 500 əsgərin hazır vəziyyətə gətirildiyini və onların cümə axşamı Minneapolis, St. Paul və ətraf ərazilərdə yerləşdirildiyini bildirib.

Minneapolisin "Star Tribune" qəzetinin müxbiri cümə günü zirehli maşınların səhər saatlarında şəhərin mərkəzinə doğru hərəkət etdiyini xəbər verir.

Qubernator Tim Valtz cümə günü bildirb ki, şəhərdə "çoxlu kədər və qəzəb hissi" olsa da "cəmiyyətimiz üçün vacib əhəmiyyət kəsb edən əmlaka zərər vurulması və yağmalanması yolverilməzdir."

Cümə axşamı yüzlərlə etirazçı dinc yürüş keçirdikdən sonra Minneapolis polis binası tamamilə yandırılıb.

Ərazidə olan müxbirlər polislərin orada olmadığını və onların hara getiklərindən əmin olmadıqlarını bildirb. Twitterdəki yazılardan polisin bölməni tərk etdiyi əyan olur.

Yanğınsöndürənlər ərazidə olmayıb. Bununla yanaşı şəhərin qaz xətlərinin kəsildiyi də bildirilir. Belə bir halın binalarda partlayışlara səbəb ola biləcəyi deyilir. 

Minneapolisə qonşu St.Paul şəhər polisinin cümə axşamı yazdığıtweetdə şəhərdə 170-dən çox obyektə ziyan vurluduğu və talan edildiyi bildirilir. Onlarla müxtəlif yerdə yanğın olsa da, xəsarət alanların olmadığı xəbər verilir.

Qaradərili Corc Floydun ağdərili polis tərəfindən həbs edildiyi zaman boynuna dizini qoyması nəticəsində boğularaq ölməsindən sonra şəhər əhalisi qəzəblənib.

CNN xəbər verir ki, bundan əvvəl Minneapolis Polis Departamentinin Daxili İşlər İdarəsinə həmin polis zabitinə qarşı 18 fərqli şikayət daxil olub. 

Floyd yaxınlıqdakı dükanda saxta $20 dollarlıq əskinasdan istifadə etməkdə şübhəli bilinərək saxlanılarkən polis onun müqavimət göstərdiyini bildirmişdi.

Ətrafdakı şahidlər Floydun tutulan zaman saxlandığını mobil telefonla videoya çəkiblər.

Həmin videoda Floyd boynuna dizini qoymuş polis zabitinə nəfəs ala bilmədyini deyir.

"Lütfən, lütfən, lütfən, mən nəfəs ala bilmirəm," deyə Floyd zabitə dəfələrlə yalvarıb.

Etirazlarda səsləndirilən əsas şüar "Nəfəs ala bilmirəm"-dir.

Etirazlar digər başqa şəhərlərə də keçib.


ABŞ-da qaradərilinin öldürülməsi etirazları alovlandırdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020
    Ermənilər belə vuruldu - Yaxın kadrlar, YENİ VİDEO
    Azərbaycan Müdafiə Nazirliyi yeni video yayıb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ