اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Bugün: 01.10.2014, 6 Zülhiccə 1435


Günün təamı - Cemli rulet

Yayım Tarixi: 02.01.2012 13:00
Ədəbiyyat
Yazı ölçüsü: büyüt küçült             

haber
Cemli ruleti hazırlayarkən diqqətli olmaq, reseptə tam riayət etmək lazımdır, yoxsa istənilən nəticəni almaq mümkün olmaz.

Ərzaqlar:
5 ədəd yumurta
100 qr un
100 qr şəkər tozu
Vanil
Keks kağızı

Arası üçün lazım olan ərzaqlar:
1 stəkan cem
3 xırda qaşıq bal və ya mürəbbə məti
2 xırda qaşıq su.

Üzəri üçün lazım olan ərzaqlar:
3 xırda qaşıq kakao
1 stəkan süd
1 xırda qaşıq un.

Hazırlanması:
Yumurtalar mütləq otaq temperaturunda olmalıdır.
İlk öncə yumurtanın ağı sarısından ayrılır.
Sarısını bir qabda çalırıq.
Ağını isə başqa bir qabda çalırıq.
Ağını tam köpüklənənə kimi yəni, qabı ağzı aşağı tutduğumuz halda yumurtanın ağı tərpənməməlidir.

Sonra yumurtanın sarısına şəkər tozu və vanil əlavə edib yenə çalırıq.
Şəkər tozu əridikdən sonra isə unu əlavə edib çalırıq və artıq məhlulumuz hazırdır.
İndi isə yumurtanın ağını sarıya əlavə edib, yavaş-yavaş qarışdırırıq ki ,ağın köpü yatmasın.

Sonra listin içinə kağız sərilir və yağlanır.
Hazır olan məhlulu kağızın üzərinə tökürük və hər tərəfə yayırıq.
180 dərəcədə 15-20 dəqiqə bişiririk.
Bişdikdən sonra listi təmiz bir çay dəsmalının üzərinə çevirib, kağızı çıxarıb tez rulet formasında bükürük və bir kənara qoyuruq.

Daha sonra isə azca su əlavə edib şərbət hazırlayırıq.
Üzəri üçün isə süd, kakao, un birlikdə qarışdırılır və bişirilir.

Sonra isə bükdüyümüz ruleti açırıq və arasına hazırladığımız şərbəti qaşıq yardımı ilə hər tərəfinə töküb cem çəkirik və yenidən bükürük.
Ən sonda isə üzərinə şokolad qlazuru töküb bir az saxladıqdan sonra dilimləyib süfrəyə veririk.
Nuş olsun.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



23.09.2014<br /><br />
<br /><br />
0552123003


Son xəbərlər



Kateqoriyanın digər xəbərləri



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768