1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:21.10.2019 09:47:32

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş.

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş.

İslamazeri.com musavat.com-a istinadən xəbər verir ki, "26-lar" kafesinin sahibi, ali məktəbdə hüquq dərsi verən Ərəstun Qasımovun oğlu Əliyar Qasımov bıçarqlanıb. Uzun müddət ölkə gündəmini zəbt edən Əliyar Qasımovun adı bu dəfə ağır cinayətdə zərərçəkmiş keçir.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Proses hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilib.

Əldə edilən məlumata görə, iş üzrə zərərçəkmiş şəxs Əliyar Qasımov və dostudur.

Onların hər ikisi Tural Məmmədov tərəfindən bıçaqlanıb. Hadisəyə səbəb isə dost olan bu şəxslər arasında baş verən mübahisə olub. İlkin ehtimala görə isə mübahisəyə səbəb şəxslərdən birinin mobil telefonunda olan video görüntü olub. Hadisənin təfərrüatı barədə növbəti yazılarda daha ətraflı məlumat verəcəyik.

Həbs edilən Tural Məmmədov özünü qismən təqsirli bilir. Deyir ki, iki nəfəri bıçaqlaması özünü müdafiə məqsədi ilə olub.


Bıçaqlanan Əliyar Qasımov kimdir?

Əliyar Qasımov ilk olaraq ölkə gündəminə iki lüks maşınları ilə gəldi. Qoşa “Gelandevagen”li Əliyar Qasımov Bakı küçələrində şütüyərkən qısa müddətdə sosial şəbəkələrin müzakirə mövzusuna çevrildi.

Daha sonra isə Əliyar Qasımovun adı atası ilə birlikdə qalmaqallı "26-lar" kafesinin bağlanmasında hallandı.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi ilə Qasımovların sahibi olduğu kafe böyük qalmaqaldan sonra bağlandı.


"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ