EURO 1,8804 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:21.10.2019 09:15:47

11 AXCP fəalı, o cümlədən məşhur xadimlər Seymur Həzi, İlham Hüseyn və Emil Səlim inzibati qaydada 15 gündən 60 günə qədər həbs edilib.

Müxalifətin 19 oktyabr mitinqindən əvvəlki günlərdə təxminən 94 fəal inzibati qaydada və cinayət ittihamı ilə həbs edilib, bu barədə bazar günü Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayıb.

11 AXCP fəalı, o cümlədən məşhur xadimlər Seymur Həzi, İlham Hüseyn və Emil Səlim inzibati qaydada 15 gündən 60 günə qədər həbs edilib.
19 oktyabr mitinqinin keçirildiyi zaman hələ oktyabrın 8-də saxlanılmış daha üç nəfər inzibati həbs cəzası çəkirdi.

Bundan başqa, AXCP fəalı Paşa Ümidova CM-in 234.2-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə cinayət ittihamı irəli sürülüb.

Digər fəallar qısa müddətlik saxlanılıb və onlara mitinqdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib.

19 oktyabr mitinqində iştiraka görə saxlanılanların və həbs edilənlərin siyahısı dəqiqləşdirilir.

Həbs edilənlər arasında Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun da olduğu məlumdur. O, 30 gün müddətinə həbs edilib. Yoldaşları onun da AXCP lideri Əli Kərimli kimi fiziki zorakılığa məruz qoyulduğundan ehtiyatlanırlar. (Turan.az)


“19 oktyabr mitinqi ərəfəsində 100-ə yaxın fəal saxlanılıb və həbs edilib”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın Şərqi Azərbaycanında yenə zəlzələ oldu
    İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
     18.11.2019
    İranda benzin bahalaşmasına etiraz və iğtişaşlar- FOTOLAR
    İranda benzinin qiymətinin bahalaşmasına cümə günündən sonra etirazlar başlayıb
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ